iq• Müşfiq HocaMəntiq / Baş səhifə
● Onlayn
MÜŞFİQ HOCA İLƏ MƏNTİQ

Pulsuz IQ testləri və məntiq məşqləri

Azərbaycan dilində izahlı suallar. Öz tempində məşq et.

İlk sınağınla başla

Ədədi ardıcıllıq, şəkilli məntiq, simvol əməliyyatları və məntiqi nəticə mövzularında məşq et. İnteraktiv sınaqlar JavaScript aktiv olduqda açılır; aşağıdakı bələdçiləri birbaşa oxuya bilərsən.

İzahlı məntiq suallarını oxu →
OXU · DÜŞÜN · TƏTBİQ ET

IQ və məntiq hazırlığına haradan başlamaq olar?

Müşfiq Hoca — məntiq müəllimi Müşfiq İsmayılovun açıq məşq platformasıdır. Burada Azərbaycan dilində pulsuz IQ testləri, izahlı məntiq sualları və TR-YÖS məntiq hazırlığı üçün məşqlər tapa bilərsən.

Hazırkı nümunə versiyada dörd mövzu üzrə 24 sual var. Qısa sınaqlar 8 sual və 10 dəqiqə, tam məntiq sınağı isə 24 sual və 30 dəqiqədən ibarətdir. Nəticədən sonra izahları oxu, səhv və boş cavablarını yenidən məşq et.

Bu IQ testi rəsmi intellekt balımı göstərir?

Xeyr. Burada nəticə düzgün cavabların faizi ilə hesablanır. Bu məşq nəticəsi standartlaşdırılmış IQ balı və ya rəsmi TR-YÖS balı deyil.

Sınaqlara başlamaq üçün qeydiyyat lazımdır?

Açıq nümunə sınaqlar pulsuzdur və qeydiyyat tələb etmir. Cavabların və nəticələrin istifadə etdiyin brauzerdə saxlanılır.

Səhvlərimi necə təkrar edə bilərəm?

Sınağı tamamladıqdan sonra izahlara bax. “Məşq” bölməsində səhv və boş suallarla yenidən çalış, yadda saxladığın sualları isə “Seçilmişlər”dən aç.